75) Sūrat Al-Qiyāmah

Printed format

75) سُورَة الْقِيَامَه

Lā 'Uqsimu Biyawmi Al-Qiyāmahi 075-001 And içirəm qiyamət gününə; لاَ أُ‍ق‍‍ْسِمُ بِيَوْمِ ا‍لْقِيَامَةِ
Wa Lā 'Uqsimu Bin-Nafsi Al-Lawwāmahi 075-002 And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) وَلاَ أُ‍ق‍‍ْسِمُ بِ‍‍ا‍ل‍‍ن‍ّ‍‍َفْسِ ا‍للَّوَّامَةِ
'Ayaĥsabu Al-'Insānu 'Allan Najma`a `Ižāmahu 075-003 Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! أَيَحْسَبُ ا‍لإِن‍س‍‍َ‍ا‍نُ أَلَّ‍‍ن‍ْ نَ‍‍ج‍‍ْمَعَ عِظَامَهُ
Balá Qādirīna `Alá 'An Nusawwiya Banānahu 075-004 Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! بَلَى قَادِ‍ر‍‍ِي‍نَ عَلَى أَ‍ن‍ْ نُسَوِّيَ بَنَانَهُ
Bal Yurīdu Al-'Insānu Liyafjura 'Amāmahu 075-005 Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. بَلْ يُ‍‍ر‍‍ِي‍دُ ا‍لإِن‍س‍‍َ‍ا‍نُ لِيَفْجُرَ أَمَامَهُ
Yas'alu 'Ayyāna Yawmu Al-Qiyāmahi 075-006 Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. يَسْأَلُ أَيّ‍‍َ‍ا‍نَ يَوْمُ ا‍لْقِيَامَةِ
Fa'idhā Bariqa Al-Başaru 075-007 Göz (heyrətdən) bərələcəyi; فَإِذَا بَ‍‍ر‍‍ِقَ ا‍لْبَصَرُ
Wa Khasafa Al-Qamaru 075-008 Ay tutulacağı; وَخَسَفَ ا‍لْقَمَرُ
Wa Jumi`a Ash-Shamsu Wa Al-Qamaru 075-009 Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman - وَجُمِعَ ا‍لشَّمْسُ وَا‍لْقَمَرُ
Yaqūlu Al-'Insānu Yawma'idhin 'Ayna Al-Mafarru 075-010 Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. يَق‍‍ُ‍و‍لُ ا‍لإِن‍س‍‍َ‍ا‍نُ يَوْمَئِذٍ أَيْنَ ا‍لْمَفَرُّ
Kallā Lā Wazara 075-011 Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! كَلاَّ لاَ وَزَرَ
'Ilá Rabbika Yawma'idhin Al-Mustaqarru 075-012 O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! إِلَى رَبِّكَ يَوْمَئِذ‍ٍ ا‍لْمُسْتَقَرُّ
Yunabba'u Al-'Insānu Yawma'idhin Bimā Qaddama Wa 'Akhkhara 075-013 O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! يُنَبَّأُ ا‍لإِن‍س‍‍َ‍ا‍نُ يَوْمَئِذ‍ٍ بِمَا قَدَّمَ وَأَخَّرَ
Bali Al-'Insānu `Alá Nafsihi Başīrahun 075-014 Doğrusu, insan özü-özünə şahiddir! بَلِ ا‍لإِن‍س‍‍َ‍ا‍نُ عَلَى نَفْسِهِ بَصِيرَة‍‍‍ٌ
Wa Law 'Alqá Ma`ādhīrahu 075-015 O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)! وَلَوْ أَلْقَى مَعَاذِيرَهُ
Lā Tuĥarrik Bihi Lisānaka Lita`jala Bihi 075-016 (Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!) لاَ تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ
'Inna `Alaynā Jam`ahu Wa Qur'ānahu 075-017 Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. إِ‍نّ‍‍َ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ
Fa'idhā Qara'nāhu Fa Attabi` Qur'ānahu 075-018 Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. فَإِذَا قَرَأْن‍‍َ‍ا‍هُ فَاتَّبِعْ قُرْآنَهُ
Thumma 'Inna `Alaynā Bayānahu 075-019 Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! ثُ‍‍م‍ّ‍‍َ إِ‍نّ‍‍َ عَلَيْنَا بَيَانَهُ
Kallā Bal Tuĥibbūna Al-`Ājilaha 075-020 Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. كَلاَّ بَلْ تُحِبّ‍‍ُ‍و‍نَ ا‍لْعَاجِلَةَ
Wa Tadharūna Al-'Ākhiraha 075-021 Axirəti isə tərk edirsiniz. وَتَذَر‍ُو‍نَ ا‍لآخِرَةَ
Wujūhun Yawma'idhin Nāđirahun 075-022 O gün neçə-neçə üzlər sevinib güləcək, وُج‍‍ُ‍و‍ه‍‍‍ٌ يَوْمَئِذ‍ٍ نَاضِرَة‍‍‍ٌ
'Ilá Rabbihā Nāžirahun 075-023 Öz Rəbbinə baxacaqdır! إِلَى رَبِّهَا نَاظِرَة‍‍‍ٌ
Wa Wujūhun Yawma'idhin Bāsirahun 075-024 O gün neçə-neçə üzlər tutulub qaralacaq, وَوُج‍‍ُ‍و‍ه‍‍‍ٌ يَوْمَئِذ‍ٍ بَاسِرَة‍‍‍ٌ
Tažunnu 'An Yuf`ala Bihā Fāqirahun 075-025 (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! تَظُ‍‍ن‍ّ‍‍ُ أَ‍ن‍ْ يُفْعَلَ بِهَا فَاقِرَة‍‍‍ٌ
Kallā 'Idhā Balaghati At-Tarāqī 075-026 Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, كَلاَّ إِذَا بَلَغَتِ ا‍لتَّرَاقِي
Wa Qīla Man Rāqin 075-027 “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi, وَق‍‍ِ‍ي‍لَ مَ‍‍ن‍ْ ر‍َا‍ق‍‍ٍ
Wa Žanna 'Annahu Al-Firāqu 075-028 (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, وَظَ‍‍ن‍ّ‍‍َ أَ‍نّ‍‍َهُ ا‍لْفِر‍َا‍ق‍ُ
Wa At-Taffati As-Sāqu Bis-Sāqi 075-029 Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, وَالْتَفَّتِ ا‍لسّ‍‍َ‍ا‍قُ بِ‍‍ا‍لسّ‍‍َ‍ا‍ق‍ِ
'Ilá Rabbika Yawma'idhin Al-Masāqu 075-030 Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! إِلَى رَبِّكَ يَوْمَئِذ‍ٍ ا‍لْمَس‍‍َ‍ا‍ق‍ُ
Falā Şaddaqa Wa Lā Şallá 075-031 Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. فَلاَ صَدَّقَ وَلاَ صَلَّى
Wa Lakin Kadhdhaba Wa Tawallá 075-032 Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. وَلَكِ‍‍ن‍ْ كَذَّبَ وَتَوَلَّى
Thumma Dhahaba 'Ilá 'Ahlihi Yatamaţţá 075-033 Sonra da özünü darta-darta ailəsinin yanına getdi. ثُ‍‍م‍ّ‍‍َ ذَهَبَ إِلَى أَهْلِهِ يَتَمَطَّى
'Awlá Laka Fa'awlá 075-034 Vay sənin halına, vay! أَوْلَى لَكَ فَأَوْلَى
Thumma 'Awlá Laka Fa'awlá 075-035 Yenə də vay sənin halına, vay! ثُ‍‍م‍ّ‍‍َ أَوْلَى لَكَ فَأَوْلَى
'Ayaĥsabu Al-'Insānu 'An Yutraka Sudáan 075-036 Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! أَيَحْسَبُ ا‍لإِن‍س‍‍َ‍ا‍نُ أَ‍ن‍ْ يُتْرَكَ سُ‍‍دى‍ً
'Alam Yaku Nuţfatan Min Manīyin Yumná 075-037 Məgər o tökülən bir qətrə nütfə deyildimi?! أَلَمْ يَكُ نُ‍‍ط‍‍ْفَة‍‍‍ً مِ‍‍ن‍ْ مَنِيّ‍‍‍ٍ يُمْنَى
Thumma Kāna `Alaqatan Fakhalaqa Fasawwá 075-038 Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). ثُ‍‍م‍ّ‍‍َ ك‍‍َ‍ا‍نَ عَلَقَة‍‍‍ً فَخَلَقَ فَسَوَّى
Faja`ala Minhu Az-Zawjayni Adh-Dhakara Wa Al-'Unthá 075-039 Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. فَجَعَلَ مِنْهُ ا‍لزَّوْجَيْنِ ا‍لذَّكَرَ وَا‍لأُن‍ثَى
'Alaysa Dhālika Biqādirin `Alá 'An Yuĥyiya Al-Mawtá 075-040 Elə isə O Allah ölüləri diriltməyə أَلَيْسَ ذَلِكَ بِقَادِرٍ عَلَى أَ‍ن‍ْ يُحْيِيَ ا‍لْمَوْتَى
Next Sūrah