Hal 'Atá `Alá Al-'Insāni Ĥīnun Mina Ad-Dahri Lam YakunShay'āan Madhkūrāan
076-001 İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır! (Yaxud insanın elə bir dövrü olub keçmişdir ki, o həmin dövrdə xatırlanası bir şey olmasın?! Əlbəttə, olmuşdur. İnsan əvvəlcə mövcud deyildi. Sonra o, yəni ulu babamız Adəm torpaqdan və sudan yoğrulub insan şəklinə salınmış, ona ruh verilmiş və o, həyat sürməyə başlamışdır. İnsanın nə üçün yaradıldığını əvvəlcə nə göy əhli, nə də o özü bilirdi. Tədriclə mələklər və o özü nə üçün yaradıldığını anladı).
'Innā Khalaqnā Al-'Insāna Min Nuţfatin 'Amshājin Nabtalīhi Faja`alnāhu Samī`āan Başīrāan
076-002 Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq.
Yūfūna Bin-Nadhri Wa Yakhāfūna Yawmāan Kāna Sharruhu Mustaţīrāan
076-007 Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək (şəri hər tərəfə yayılacaq) gündən (qiyamət günündən) qoxarlar.
Wa Yuţ`imūna Aţ-Ţa`āma `Alá Ĥubbihi Miskīnāan Wa Yatīmāan Wa 'Asīrāan
076-008 Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
076-009 (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.
'Innā Nakhāfu Min Rabbinā Yawmāan `Abūsāan Qamţarīrāan
076-010 Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”
Wa Dāniyatan `Alayhim Žilāluhā Wa Dhullilat Quţūfuhā Tadhlīlāan
076-014 (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər).
076-016 Gümüşdən olan (çox şəffaf olduğu üçün bayırından içərisi görünən) elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə etmişlər.
`ĀliyahumThiyābu Sundusin Khuđrun Wa 'Istabraqun Wa Ĥullū 'Asāwira Min Fiđđatin Wa Saqāhum RabbuhumSharābāan Ţahūrāan
076-021 (Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir.
'Inna Hādhā Kāna Lakum Jazā'an Wa Kāna Sa`yukum Mashkūrāan
076-022 (Onlara belə deyiləcəkdir: ) “Bu sizin (dünyada etdiyiniz yaxşı əməllərə görə) mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur (təqdirəlayiqdir)!”
076-025 Səhər-axşam Rəbbinin adını zikr et! (Səhər, günorta və ikindi namazlarını qıl!)
وَاذْكُرْ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلاً
Wa Mina Al-Layli Fāsjud Lahu Wa Sabbiĥhu Laylāan Ţawīlāan
076-026 Gecənin bir qismində Ona səcdə et (axşam, gecə namazlarını qıl) və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de! (Təhəccüd namazını qılıb gecəni ibadət içində keçir!)
076-030 (Ey insanlar! Onu da bilin ki) Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz. (Ancaq Allah istəsə, istəyə bilərsiniz). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!