54) Sūrat Al-Qamar

Printed format

54) سُورَة القَمَر

Aqtarabati As-Sā`atu Wa Anshaqqa Al-Qamaru 054-001 O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı. ا‍ق‍‍ْتَرَبَتِ ا‍لسَّاعَةُ وَا‍ن‍‍ْشَقَّ ا‍لْقَمَرُ
Wa 'In Yaraw 'Āyatan Yu`riđū Wa Yaqūlū Siĥrun Mustamirrun 054-002 Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər. وَإِ‍ن‍ْ يَرَوْا آيَة‍‍‍ً يُعْ‍‍ر‍‍ِضُو‍‍ا‍ وَيَقُولُو‍‍ا‍ سِحْر‍ٌ مُسْتَمِرّ‍ٌ
Wa Kadhdhabū Wa Attaba`ū 'Ahwā'ahum Wa Kullu 'Amrin Mustaqirrun 054-003 Onlar (ayın parçalanmasını, digər möcüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!) وَكَذَّبُو‍‍ا‍ وَا‍تَّبَعُ‍‍و‍‍ا‍ أَهْو‍َا‍ءَهُمْ وَكُلُّ أَمْر‍ٍ مُسْتَقِرّ‍ٌ
Wa Laqad Jā'ahum Mina Al-'Anbā'i Mā Fīhi Muzdajarun 054-004 And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. وَلَقَ‍‍د‍ْ ج‍‍َ‍ا‍ءَهُ‍‍م‍ْ مِنَ ا‍لأَ‍ن‍‍ْب‍‍َ‍ا‍ءِ مَا ف‍‍ِ‍ي‍هِ مُزْدَجَر‍ٌ
Ĥikmatun Bālighatun Famā Tughni An-Nudhuru 054-005 (Bu Quran) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz! حِكْمَة‍‍‍ٌ بَالِغَة‍‍‍ٌ فَمَا تُغْنِ ا‍ل‍‍ن‍ّ‍‍ُذُرُ
Fatawalla `Anhum Yawma Yad`u Ad-Dā`i 'Ilá Shay'in Nukurin 054-006 Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək! فَتَوَلَّ عَنْهُمْ يَوْمَ يَ‍‍د‍‍ْعُ ا‍لدّ‍َا‍عِ إِلَى شَيْء‍ٍ نُكُر‍ٍ
Khushsha`āan 'Abşāruhum Yakhrujūna Mina Al-'Ajthi Ka'annahum Jarādun Muntashirun 054-007 Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. خُشَّعاً أَ‍ب‍‍ْصَارُهُمْ يَخْرُج‍‍ُ‍و‍نَ مِنَ ا‍لأَ‍ج‍‍ْد‍َا‍ثِ كَأَ‍نّ‍‍َهُمْ جَر‍َا‍د‍ٌ مُ‍‍ن‍تَشِر‍ٌ
Muhţi`īna 'Ilá Ad-Dā`i Yaqūlu Al-Kāfirūna Hādhā Yawmun `Asirun 054-008 Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər. مُهْطِع‍‍ِ‍ي‍نَ إِلَى ا‍لدّ‍َا‍عِ يَق‍‍ُ‍و‍لُ ا‍لْكَافِر‍ُو‍نَ هَذَا يَوْمٌ عَسِر‍ٌ
Kadhdhabat Qablahum Qawmu Nūĥin Fakadhdhabū `Abdanā Wa Qālū Majnūnun Wa Azdujira 054-009 Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi. كَذَّبَتْ قَ‍‍ب‍‍ْلَهُمْ قَوْمُ ن‍‍ُ‍و‍ح‍‍‍ٍ فَكَذَّبُو‍‍ا‍ عَ‍‍ب‍‍ْدَنَا وَقَالُو‍‍ا‍ مَ‍‍ج‍‍ْن‍‍ُ‍و‍ن‍‍‍ٌ وَا‍زْدُجِ‍‍ر‍َ
Fada`ā Rabbahu 'Annī Maghlūbunntaşir 054-010 (Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi. فَدَعَا رَبَّهُ أَ‍نّ‍‍ِي مَغْل‍‍ُ‍و‍ب‍‍‍ٌ فَا‍ن‍‍ْتَصِرْ
Fafataĥnā 'Abwāba As-Samā'i Bimā'in Munhamirin 054-011 Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq. فَفَتَحْنَ‍‍ا‍ أَ‍ب‍‍ْو‍َا‍بَ ا‍لسَّم‍‍َ‍ا‍ءِ بِم‍‍َ‍ا‍ء‍ٍ مُنْهَمِر‍ٍ
Wa Fajjarnā Al-'Arđa `Uyūnāan Fāltaqá Al-Mā'u `Alá 'Amrin Qad Qudira 054-012 Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu. وَفَجَّرْنَا ا‍لأَرْضَ عُيُونا‍ً فَا‍ل‍‍ْتَقَى ا‍لْم‍‍َ‍ا‍ءُ عَلَى أَمْر‍ٍ قَ‍‍د‍ْ قُدِ‍ر‍َ
Wa Ĥamalnāhu `Alá Dhāti 'Alwāĥin Wa Dusurin 054-013 Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik. وَحَمَلْن‍‍َ‍ا‍هُ عَلَى ذ‍َا‍تِ أَلْو‍َا‍ح‍‍‍ٍ وَدُسُر‍ٍ
Tajrī Bi'a`yuninā Jazā'an Liman Kāna Kufira 054-014 (Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi. تَ‍‍ج‍‍ْ‍‍ر‍‍ِي بِأَعْيُنِنَا جَز‍َا‍ء‍ً لِمَ‍‍ن‍ْ ك‍‍َ‍ا‍نَ كُفِ‍‍ر‍َ
Wa Laqad Taraknāhā 'Āyatan Fahal Min Muddakirin 054-015 And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! وَلَقَ‍‍د‍ْ تَرَكْنَاهَ‍‍ا آيَة‍‍‍ً فَهَلْ مِ‍‍ن‍ْ مُدَّكِر‍ٍ
Fakayfa Kāna `Adhābī Wa Nudhuri 054-016 Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! فَكَيْفَ ك‍‍َ‍ا‍نَ عَذَابِي وَنُذُ‍ر‍ِ
Wa Laqad Yassarnā Al-Qur'āna Lildhdhikri Fahal Min Muddakirin 054-017 And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! وَلَقَ‍‍د‍ْ يَسَّرْنَا ا‍لْقُرْآنَ لِلذِّكْ‍‍ر‍ِ فَهَلْ مِ‍‍ن‍ْ مُدَّكِر‍ٍ
Kadhdhabat `Ādun Fakayfa Kāna `Adhābī Wa Nudhuri 054-018 Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! كَذَّبَتْ ع‍‍َ‍ا‍د‍ٌ فَكَيْفَ ك‍‍َ‍ا‍نَ عَذَابِي وَنُذُ‍ر‍ِ
'Innā 'Arsalnā `Alayhim Rīĥāan Şarşarāan Fī Yawmi Naĥsin Mustamirrin 054-019 Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik. إِ‍نّ‍‍َ‍‍ا‍ أَرْسَلْنَا عَلَيْهِمْ ‍ر‍‍ِيحا‍ً صَرْصَرا‍ً فِي يَوْمِ نَحْس‍‍‍ٍ مُسْتَمِرّ‍ٍ
Tanzi`u An-Nāsa Ka'annahum 'A`jāzu Nakhlin Munqa`irin 054-020 O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı. تَ‍‍ن‍زِعُ ا‍ل‍‍ن‍ّ‍‍َ‍ا‍سَ كَأَ‍نّ‍‍َهُمْ أَعْج‍‍َ‍ا‍زُ نَخْل‍‍‍ٍ مُ‍‍ن‍‍ْقَعِر‍ٍ
Fakayfa Kāna `Adhābī Wa Nudhuri 054-021 (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! فَكَيْفَ ك‍‍َ‍ا‍نَ عَذَابِي وَنُذُ‍ر‍ِ
Wa Laqad Yassarnā Al-Qur'āna Lildhdhikri Fahal Min Muddakirin 054-022 And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! وَلَقَ‍‍د‍ْ يَسَّرْنَا ا‍لْقُرْآنَ لِلذِّكْ‍‍ر‍ِ فَهَلْ مِ‍‍ن‍ْ مُدَّكِر‍ٍ
Kadhdhabat Thamūdu Bin-Nudhuri 054-023 Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı. كَذَّبَتْ ثَم‍‍ُ‍و‍دُ بِ‍‍ا‍ل‍‍ن‍ّ‍‍ُذُ‍ر‍ِ
Faqālū 'Abasharāan Minnā Wāĥidāan Nattabi`uhu 'Innā 'Idhāan Lafī Đalālin Wa Su`urin 054-024 Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! فَقَالُ‍‍و‍‍ا‍ أَبَشَرا‍ً مِ‍‍ن‍ّ‍‍َا وَا‍حِدا‍ً نَتَّبِعُهُ إِ‍نّ‍‍َ‍‍ا إِذا‍ً لَفِي ضَلاَل‍‍‍ٍ وَسُعُر‍ٍ
'A'uulqiya Adh-Dhikru `Alayhi Min Bayninā Bal Huwa Kadhdhābun 'Ashirun 054-025 Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!” أَؤُلْقِيَ ا‍لذِّكْرُ عَلَيْهِ مِ‍‍ن‍ْ بَيْنِنَا بَلْ هُوَ كَذّ‍َا‍بٌ أَشِر‍ٌ
Saya`lamūna Ghadāan Mani Al-Kadhdhābu Al-'Ashiru 054-026 (Biz Saleh peyğəmbərə təsəlli verib dedik: ) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! سَيَعْلَم‍‍ُ‍و‍نَ غَدا‍ً مَنِ ا‍لْكَذّ‍َا‍بُ ا‍لأَشِ‍‍ر‍ُ
'Innā Mursilū An-Nāqati Fitnatan Lahum Fārtaqibhum Wa Aşţabir 054-027 Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz! إِ‍نّ‍‍َا مُرْسِلُو ا‍ل‍‍ن‍ّ‍‍َاقَةِ فِتْنَة‍‍‍ً لَهُمْ فَارْتَقِ‍‍ب‍‍ْهُمْ وَا‍صْطَبِرْ
Wa Nabbi'hum 'Anna Al-Mā'a Qismatun Baynahum Kullu Shirbin Muĥtađarun 054-028 Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!” وَنَبِّئْهُمْ أَ‍نّ‍‍َ ا‍لْم‍‍َ‍ا‍ءَ قِسْمَة‍‍‍ٌ بَيْنَهُمْ كُلُّ شِرْب‍‍‍ٍ مُحْتَضَر‍ٌ
Fanādaw Şāĥibahum Fata`āţá Fa`aqara 054-029 Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi. فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَى فَعَقَرَ
Fakayfa Kāna `Adhābī Wa Nudhuri 054-030 (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! فَكَيْفَ ك‍‍َ‍ا‍نَ عَذَابِي وَنُذُ‍ر‍ِ
'Innā 'Arsalnā `Alayhim Şayĥatan Wāĥidatan Fakānū Kahashīmi Al-Muĥtažiri 054-031 Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər. إِ‍نّ‍‍َ‍‍ا‍ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَة‍‍‍ً وَا‍حِدَة‍‍‍ً فَكَانُو‍‍ا‍ كَهَش‍‍ِ‍ي‍مِ ا‍لْمُحْتَظِرِ
Wa Laqad Yassarnā Al-Qur'āna Lildhdhikri Fahal Min Muddakirin 054-032 And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! وَلَقَ‍‍د‍ْ يَسَّرْنَا ا‍لْقُرْآنَ لِلذِّكْ‍‍ر‍ِ فَهَلْ مِ‍‍ن‍ْ مُدَّكِر‍ٍ
Kadhdhabat Qawmu Lūţin Bin-Nudhuri 054-033 Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı. كَذَّبَتْ قَوْمُ ل‍‍ُ‍و‍ط‍‍‍ٍ بِ‍‍ا‍ل‍‍ن‍ّ‍‍ُذُ‍ر‍ِ
'Innā 'Arsalnā `Alayhim Ĥāşibāan 'Illā 'Āla Lūţin Najjaynāhum Bisaĥarin 054-034 Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik; إِ‍نّ‍‍َ‍‍ا‍ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبا‍ً إِلاَّ آلَ ل‍‍ُ‍و‍ط‍‍‍ٍ نَجَّيْنَاهُ‍‍م‍ْ بِسَحَر‍ٍ
Ni`matan Min `Indinā Kadhālika Najzī Man Shakara 054-035 Dərgahımızdan bir lütf olaraq! Biz (nemətimizə) şükür edəni belə mükafatlandırırıq! نِعْمَة‍‍‍ً مِنْ عِ‍‍ن‍‍ْدِنَا كَذَلِكَ نَ‍‍ج‍‍ْزِي مَ‍‍ن‍ْ شَكَرَ
Wa Laqad 'Andharahum Baţshatanā Fatamāraw Bin-Nudhuri 054-036 And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar. وَلَقَ‍‍د‍ْ أَن‍ذَرَهُ‍‍م‍ْ بَ‍‍ط‍‍ْشَتَنَا فَتَمَارَوْا بِ‍‍ا‍ل‍‍ن‍ّ‍‍ُذُ‍ر‍ِ
Wa Laqad Rāwadūhu `An Đayfihi Faţamasnā 'A`yunahum Fadhūqū `Adhābī Wa Nudhuri 054-037 Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik). وَلَقَ‍‍د‍ْ رَاوَد‍ُو‍هُ عَ‍‍ن‍ْ ضَيْفِهِ فَطَمَسْنَ‍‍ا‍ أَعْيُنَهُمْ فَذُوقُو‍‍ا‍ عَذَابِي وَنُذُ‍ر‍ِ
Wa Laqad Şabbaĥahum Bukratan `Adhābun Mustaqirrun 054-038 And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vaxil oldular). وَلَقَ‍‍د‍ْ صَبَّحَهُ‍‍م‍ْ بُكْرَةً عَذ‍َا‍ب‍‍‍ٌ مُسْتَقِرّ‍ٌ
Fadhūqū `Adhābī Wa Nudhuri 054-039 (Onlara: ) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik). فَذُوقُو‍‍ا‍ عَذَابِي وَنُذُ‍ر‍ِ
Wa Laqad Yassarnā Al-Qur'āna Lildhdhikri Fahal Min Muddakirin 054-040 And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! وَلَقَ‍‍د‍ْ يَسَّرْنَا ا‍لْقُرْآنَ لِلذِّكْ‍‍ر‍ِ فَهَلْ مِ‍‍ن‍ْ مُدَّكِر‍ٍ
Wa Laqad Jā'a 'Āla Fir`awna An-Nudhuru 054-041 And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Firon əhlinə də gəlib çatmışdı. وَلَقَ‍‍د‍ْ ج‍‍َ‍ا‍ءَ آلَ فِرْعَوْنَ ا‍ل‍‍ن‍ّ‍‍ُذُرُ
Kadhdhabū Bi'āyātinā Kullihā Fa'akhadhnāhum 'Akhdha `Azīzin Muqtadirin 054-042 Onlar ayələrimizin (möcüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq. كَذَّبُو‍‍ا‍ بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَز‍ِي‍ز‍ٍ مُ‍‍ق‍‍ْتَدِر‍ٍ
'Akuffārukum Khayrun Min 'Ūla'ikum 'Am Lakum Barā'atun Az-Zuburi 054-043 (Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?! أَكُفَّارُكُمْ خَيْر‍ٌ مِنْ أ‍ُ‍وْلَئِكُمْ أَمْ لَكُ‍‍م‍ْ بَر‍َا‍ءَة‍‍‍ٌ فِي ا‍لزُّبُ‍‍ر‍ِ
'Am Yaqūlūna Naĥnu Jamī`un Muntaşirun 054-044 Yoxsa onlar: “Biz (Muhəmməd və möminlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər? أَمْ يَقُول‍‍ُ‍و‍نَ نَحْنُ جَم‍‍ِ‍ي‍ع‍‍‍ٌ مُ‍‍ن‍‍ْتَصِر‍ٌ
Sayuhzamu Al-Jam`u Wa Yuwallūna Ad-Dubura 054-045 (Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır! سَيُهْزَمُ ا‍لْجَمْعُ وَيُوَلّ‍‍ُ‍و‍نَ ا‍لدُّبُرَ
Bali As-Sā`atu Maw`iduhum Wa As-Sā`atu 'Ad/há Wa 'Amarru 054-046 Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir). بَلِ ا‍لسَّاعَةُ مَوْعِدُهُمْ وَا‍لسَّاعَةُ أَ‍د‍‍ْهَى وَأَمَرُّ
'Inna Al-Mujrimīna Fī Đalālin Wa Su`urin 054-047 Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər). إِ‍نّ‍‍َ ا‍لْمُ‍‍ج‍‍ْ‍‍ر‍‍ِم‍‍ِ‍ي‍نَ فِي ضَلاَل‍‍‍ٍ وَسُعُر‍ٍ
Yawma Yusĥabūna Fī An-Nāri `Alá Wujūhihim Dhūqū Massa Saqara 054-048 O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir). يَوْمَ يُسْحَب‍‍ُ‍و‍نَ فِي ا‍ل‍‍ن‍ّ‍‍َ‍ا‍ر‍ِ عَلَى وُجُوهِهِمْ ذُوقُو‍‍ا‍ مَسَّ سَقَرَ
'Innā Kulla Shay'in Khalaqnāhu Biqadarin 054-049 Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. إِ‍نّ‍‍َا كُلَّ شَيْءٍ خَلَ‍‍ق‍‍ْن‍‍َ‍ا‍هُ بِقَدَر‍ٍ
Wa Mā 'Amrunā 'Illā Wāĥidatun Kalamĥin Bil-Başari 054-050 Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol !” – deyərik, o da dərhal olar!) وَمَ‍‍ا‍ أَمْرُنَ‍‍ا إِلاَّ وَا‍حِدَة‍‍‍ٌ كَلَمْح‍‍‍ٍ بِ‍‍ا‍لْبَصَ‍‍ر‍ِ
Wa Laqad 'Ahlaknā 'Ashyā`akum Fahal Min Muddakirin 054-051 And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! وَلَقَ‍‍د‍ْ أَهْلَكْنَ‍‍ا‍ أَشْيَاعَكُمْ فَهَلْ مِ‍‍ن‍ْ مُدَّكِر‍ٍ
Wa Kullu Shay'in Fa`alūhu Fī Az-Zuburi 054-052 Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! وَكُلُّ شَيْء‍ٍ فَعَل‍‍ُ‍و‍هُ فِي ا‍لزُّبُ‍‍ر‍ِ
Wa Kullu Şaghīrin Wa Kabīrin Mustaţarun 054-053 Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! وَكُلُّ صَغ‍‍ِ‍ي‍ر‍ٍ وَكَب‍‍ِ‍ي‍ر‍ٍ مُسْتَطَر‍ٌ
'Inna Al-Muttaqīna Fī Jannātin Wa Naharin 054-054 Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında, إِ‍نّ‍‍َ ا‍لْمُتَّق‍‍ِ‍ي‍نَ فِي جَ‍‍ن‍ّ‍‍َ‍ا‍ت‍‍‍ٍ وَنَهَر‍ٍ
Fī Maq`adi Şidqin `Inda Malīkin Muqtadirin 054-055 (Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda فِي مَ‍‍ق‍‍ْعَدِ صِ‍‍د‍‍ْقٍ عِ‍‍ن‍‍ْدَ مَل‍‍ِ‍ي‍ك‍‍‍ٍ مُ‍‍ق‍‍ْتَدِر‍ٍ
Next Sūrah